Prezident İlham Əliyev: Azərbaycan-İtaliya münasibətlərinin dinamik və hərtərəfli inkişafı bizi sevindirir
Dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin hazırda dinamik və hərtərəfli inkişaf etməsi bizi sevindirir.
APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubunda deyilir.
“Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, energetika, sərmayə, müdafiə, humanitar, o cümlədən elm, təhsil və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əməkdaşlığımız ildən-ilə yeni məzmunla zənginləşir. Azərbaycan etibarlı strateji tərəfdaşı olan İtaliya ilə münasibətlərin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir. Siyasi əlaqələrimizin intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu bunun üçün yaxşı zəmin yaradır”, - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev İtaliya dövlət başçısını təbrik edib
Prezident İlham Əliyev İsxak Hersoqu təbrik edib
İlham Əliyev: Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi böyük məmnunluq doğurur
Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir
Prezident İlham Əliyev Keniya Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













