29
may
2025
15:50
yuxarı
Dominikan Respublikasının Prezidenti Azərbaycan liderini təbrik edib
Dominikan Respublikasının Prezidenti Azərbaycan liderini təbrik edib
Dominikan Respublikasının Prezidenti Luis Abinader Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
APA xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Eyni zamanda, qardaş Azərbaycan xalqına firavanlıq və rifah diləyirəm”.
