BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevi təbrik edib
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevi təbrik edib.
APA xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırıram.
Milli bayramlar, eyni zamanda, ortaq qlobal çağırışlar üzərində düşünmək üçün fürsət yaradır.
Hazırda beynəlxalq ictimaiyyət iqlim böhranından tutmuş münaqişələrə, artan bərabərsizliklərə qədər bir çox çətinliklərlə üzləşir ki, bunlar da çoxtərəfli həll yolları tələb edir.
Gələcək üçün Paktın mahiyyəti də məhz budur. Keçən il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş bu tarixi sənədin mərkəzində çoxtərəfliliyi möhkəmləndirmək və davamlı sülhü, dayanıqlı inkişafı, hamı üçün insan hüquqlarının təmin olunmasını təşviq etmək tələbi dayanır.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının xalqına bir daha ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm."
Oxşar xəbərlər
BMT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Antonio Quterreş İlham Əliyevi təbrik etdi
BMT-nin rezident əlaqələndiricisi Prezident İlham Əliyevi təbrik edib
İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib
BMT-nin baş katibi İrakli Kobaxidzeni təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
