Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub
Mayın 16-da Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub.
Sizinxeber.az xəbər verir ki, dövlətimizin başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının uğurla təşkil edilməsi münasibətilə Baş nazirə təbriklərini çatdırıb.
Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb.
Azərbaycan Prezidenti və Albaniyanın Baş naziri ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Albaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir, Prezident iştirak edir
Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib, Prezident iştirak edib - YENİLƏNİB
Prezident İlham Əliyev Albaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Tiranda “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir, Prezident tədbirdə iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











