Fikrət Qocanın 90 illiyi qeyd ediləcək
sizinxeber.az xəbər saytı

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək


Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın 90 illiyi qeyd ediləcək.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq şairi Fikrət Qocanın 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamda qeyd olunub ki, Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xəttini formalaşdırmış söz ustalarındandır:

"Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmişdir. Sənətkarın həyat və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin yaradıcılığında müasir insanın mənəvi-əxlaqi kamillik axtarışları özünün dolğun poetik əksini tapmışdır. Fikrət Qoca ədəbi fəaliyyəti boyunca yüksək ictimai amala sadiq qalmış, doğma xalqının azadlıq ideallarının tərənnümünü daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermişdir".

Oxşar xəbərlər

Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək
Fikrət Qocanın 90 illik yubileyi qeyd olunacaq
Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle