Prezident İlham Əliyev: Qoşulmama Hərəkatının daha sanballı təsisat kimi fəaliyyəti Azərbaycanın və Vyetnamın marağındadır
Biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisatda dörd il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.
APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında bildirib.
“Bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur”, - deyə dövlətimizin başçısı əlavə edib ki, bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında, beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır, bütün mübahisəli məsələlər danışıqlar, sülh yolu ilə həll olunmalıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: Bütün məsələlər ərazi bütövlüyü əsasında həllini tapmalıdır
Azərbaycan Qoşulmama Hərəkatının çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışır
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi Qərbi azərbaycanlıların qayıdış səylərini dəstəkləyib
Prezident D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB
Azərbaycanın XİN başçısı kolumbiyalı həmkarı ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













