Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
APA xəbər verir ki, dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcəkdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı ötən ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin yekunlarına əsasən əldə edilmiş razılıqların praktiki reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
“İqtisadi kooperasiya ili” çərçivəsində həyata keçirilmiş səmərəli iş məmnunluqla qeyd olunub.
İlin əvvəlindən əmtəə dövriyyəsinin 20 faiz artdığı, maşınqayırma, tekstil, elektrotexnika, enerji, aqrar, turizm və bir çox digər sahələrdə icra olunan layihələrin aktiv fazada olduğu, birgə zəngin mədəni-humanitar mübadilə proqramının həyata keçirildiyi bildirilib.
Bu il yüksək səviyyə nəzərdə tutulan sammitlərə, həmçinin hökumətlərarası komissiyanın növbəti iclasına, regionların və rektorların forumuna, mədəniyyət tədbirlərinə hərtərəfli hazırlığın vacibliyi vurğulanıb.
Azərbaycan və Özbəkistan prezidentləri, həmçinin regional gündəliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşıdan gələn çoxtərəfli tədbirləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Oxşar xəbərlər
Prezidenti İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasında telefon danışığı olub
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB-1
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
