Aviasiya hadisələrinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusu müəyyənləşib
Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya Nazirlər Kabineti tərəfindən yaradacaq.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında” imzaladığı Fərmanda əksini tapıb.
Aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması zamanı aidiyyəti şəxslərin adlarının, uçuş heyətinin səs yazılarının və həyata keçirilən uçuş əməliyyatının video yazılarının, o cümlədən aviasiya hadisəsinin araşdırılması ilə bağlı istənilən məlumatın məxfiliyinin qorunması və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən aparılan cinayət təqibinə mane olmamaq şərtilə götürülmüş sübutedici sənədlərin, yazıların, komponentlərin ixtisaslaşmış ekspertizası aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya tərəfindən aparılacaq.
Pilotsuz uçuş aparatları ilə bağlı baş verən aviasiya insidentləri aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın müəyyən etdiyi hallarda araşdırılmayacaq.
Oxşar xəbərlər
Azərbaycanda “Aviasiya haqqında” qanun dəyişib
Aviasiya hadisələrinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusu müəyyənləşir
"Aviasiya haqqında" qanuna dəyişikliklər ilk oxunuşda təsdiqlənib
Uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən sonra uçuşun davamına icazə verilməsi ilə bağlı qaydalar müəyyənləşib
Azərbaycanda uçuşa dair məlumatların mühafizə edilməsi qaydası təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













