Sadır Japarov Azərbaycan Prezidentini təbrik edib
sizinxeber.az xəbər saytı

Sadır Japarov Azərbaycan Prezidentini təbrik edib


Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib.

Sizinxeber.az xəbər verir ki, təbrik məktubunda deyilir:

Hörmətli İlham Heydər oğlu.

Sizi şəxsən öz adımdan və Qırğızıstan xalqı adından Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Novruz qədim zamanlardan birlik və barışıq, sülh və tərəqqi rəmzi olub.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri xalqlarımızın və dövlətlərimizin rifahı naminə bundan sonra da möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram.

Sadır Japarov Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib: “Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının xalqını müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Qoy Ulu Tanrı müqəddəs ayda gördüyümüz bütün xeyirxah işlərimizi qəbul etsin və bu mübarək bayram əmin-amanlığımızı, xoşbəxtliyimizi artırsın. Bəşəriyyəti şəfqət və mərhəmətə aparan, yüksək dəyərləri əks etdirən bu bayram hər bir evə səadət və hüzur gətirsin, qardaş xalqlarımıza isə sülh və firavanlıq bəxş etsin.

Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə davamlı tərəqqi və əmin-amanlıq arzulayıram.

Oxşar xəbərlər

Qırğızıstan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Lukaşenko Azərbaycan liderini təbrik edib
Putin Azərbaycan Prezidentini təbrik edib
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Sadır Japarov İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər