Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür
Bu bayram yeni həyat, birlik, rifah rəmzidir və bizim ölkələr arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq kontekstində əhəmiyyət kəsb edir. Sizə və Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah arzulayır və ən xoş arzularımı çatdırıram.
Sizinxeber.az xəbər verir ki, bu sözlər Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
İrakli Kobaxidzenin təbrik məktubunda deyilir: “Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan əlaqələrin səviyyəsini yüksək qiymətləndirirəm. Bu əlaqələr xalqlarımız arasında mövcud olan ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür. Ümumi regional maraqlarla şərtlənən, ölkələrimiz arasındakı müxtəlif sahələrdə səmərəli və çoxtərəfli əməkdaşlığımız nümunəvidir və xalqlarımızın rifahı və inkişafı üçün möhkəm zəmin yaradır.
Əminəm ki, mövcud əməkdaşlığımız birgə səylərimizlə daha da möhkəmlənəcək. Qlobal çağırışlar fonunda regionda sülh və sabitliyin qorunub saxlanılması üçün bizim əməkdaşlığımızın olduqca böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulamaq istərdim.
Zati-aliləri. Fürsətdən istifadə edərək, bir daha Sizə ən yüksək ehtiramımı ifadə edirəm”.
Oxşar xəbərlər
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik edib
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək
Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir
Azərbaycan Prezidenti Xameneyiyə təbrik ünvanlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













