Naxçıvanda sərnişin daşımaları üçün 60 ədəd elektrik mühərrikli avtobus alınacaq
sizinxeber.az xəbər saytı

Naxçıvanda sərnişin daşımaları üçün 60 ədəd elektrik mühərrikli avtobus alınacaq


Prezident İlham Əliyev Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobusun alınması və enerjidoldurma cihazlarının quraşdırılması, habelə həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.12.4.4.12-ci abzasında nəzərdə tutulmuş vəsait hesabına nizamnamə kapitalının artırılması yolu ilə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33.449.000,0 (otuz üç milyon dörd yüz qırx doqquz min) manat vəsait ayrılsın.

Oxşar xəbərlər

Elektrik mühərrikli 1000-dək avtobus alınacaq
Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazaları möhkəmləndiriləcək
“Qarabağ Universitetinin Klinikası” yaradılır
Prezident İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTO - YENİLƏNİB
Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinə dair tələblər müəyyən ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər