Prezident İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
fev
2025
12:00

Prezident İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib

23 fev, 2025
12:00
756

Prezident İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib.

APA təbrik məktubunu təqdim edir:

“Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bizimlə əlaqə saxlayın