Azərbaycan Prezidenti İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.

APA xəbər verir ki, söhbət zamanı Bakıda keçirilən Asiya Parlament Assambleyasının “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının önəminə toxunuldu, bu tədbirin parlamentlərarası əməkdaşlığın gücləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.

Görüşdə Azərbaycanla İndoneziya arasında əlaqələrin perspektivləri, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.

Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

19:49

***

Prezident İlham Əliyev fevralın 19-da İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib
Prezident İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib - YENİLƏNİB
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb
Azərbaycan və İndoneziya diplomatlar üçün viza tələbini ləğv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər