Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur


Bu gün dünya miqyasında ən yaxın müttəfiqlər arasında belə Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur.

Sizinxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən deyib.

İkitərəfli əsasda strateji müttəfiqlik səviyyəsində olan əlaqələrimizin üçtərəfli platformalarda da inkişaf etdiyini deyən dövlət başçısı bu xüsusda, Azərbaycan-Özbəkistan-Türkiyə və Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini qeyd edib. Türk dünyasının bizim ailəmiz olduğunu vurğulayan Prezident İlham Əliyev bunu Milli Məclisdə Azərbaycan Prezidenti kimi andiçmə mərasimində bir daha dediyini xatırladıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Türkiyənin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin yeni səfirinin etimadnaməsini qəbul edib
TDT-nin növbəti Zirvə Görüşü Azərbaycanda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər