Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyin təmin olunmasına töhfə verməyə hazırdır
Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 13-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən qeyd edilib.
Bildirilib ki, Suriya məsələsində də Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulandı ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır.
Bu gün Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun Cənubi Qafqaz regionunda, eyni zamanda, onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanəti olduğu bir daha qeyd edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Türkiyənin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Azərbaycan Suriyada humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır
Türkiyənin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Türkiyə XİN: Suriyada azlıqlara zülm olarsa, Ankara lazımi addımlar atacaq
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident məmurlara hansı tapşırıqları verib? — İclasın DETALLARI
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
