Prezident “Franklin Templeton” şirkətinin rəhbərliyini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib.
APA xəbər verir ki, ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurları və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri vurğulayan Cenni Conson Azərbaycanın dayanıqlı iqtisadi artıma yönəlmiş islahatlarını və beynəlxalq arenada artan nüfuzunu təqdirlə qarşıladığını bildirib.
Qonaq bu çərçivədə “Franklin Templeton” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlıq yaratmaq məqsədilə ilkin addımların atıldığını və strateji istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarının araşdırıldığını deyib. 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən təşkil olunan tədbirlərdə iştirakı zamanı da həmin məsələlərə dair müzakirələr aparıldığını xatırladan Cenni Conson bu işbirliyinin hər iki tərəfin regional və qlobal məqsədlərinə uyğun olaraq yeni strateji perspektivlər açacağına və uzunmüddətli, səmərəli nəticələr əldə etməyə imkan yaradacağına inamını ifadə edib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın aparıcı maliyyə qurumları ilə uğurlu əməkdaşlıq təcrübəsinə toxunaraq, “Franklin Templeton” ilə tərəfdaşlığın strateji əhəmiyyətini qeyd edib və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli mühitin mövcud olduğunu bildirib.
Qeyd edək ki, 1947-ci ildə ABŞ-nin Nyu-York şəhərində təsis edilmiş “Franklin Templeton” şirkətinin 2024-cü ilin sentyabrına olan məlumatına əsasən idarəetməsində olan aktivlərin ümumi dəyəri 1,68 trilyon ABŞ dollarına bərabərdir. “Franklin Templeton” şirkətlər qrupuna səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış bir sıra biznes qurumları daxildir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNİB
Azərbaycan dövlət başçısı “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNİB
Dövlət Neft Fondu İtaliyadakı investisiya portfelinin həcmini açıqlayıb
Prezident Romada “Eni S.P.A” şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB
Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
Vuçiç mayın 24-28-də Çinə səfər edəcək
-
Mbappe ikinci dəfə "La Liqa"nın ən yaxşı bombardiri seçilib
-
Emin Mahmudov: "Elvin Cəfərquliyev hər komandaya fayda gətirəcək futbolçudur"
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
