Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilib
sizinxeber.az xəbər saytı

Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilib


Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Müdafiə haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, ərazi müdafiəsi dövlət sərhədinin, dəniz sahilinin, adaların, mühüm obyekt və kommunikasiyaların düşmən təcavüzündən qorunması və müdafiəsi, düşmən desantı və kəşfiyyat-təxribatçı qrupları ilə mübarizə və hərbi vəziyyət rejiminin təmin olunması məqsədi ilə təşkil olunub. Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər qoşunlarla sıx əlaqədə həyata keçirilib. Ərazi müdafiəsinin vəzifələri, təşkili, onun iştirakçılarının qarşılıqlı əlaqəsi qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilib.

Yeni qanuna əsasən, ərazi müdafiəsi ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksidir. Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçiriləcək. Ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.

Oxşar xəbərlər

Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir
Qarabağ və Şərqi Zəngəzurda işəgötürənlərlə görüş keçirilib
2030-cu ilədək müharibə əlilləri və şəhid ailələri mənzillə təmin ediləcək
Baş Prokurorluğa yeni vəzifə həvalə edilib
Naxçıvan ƏƏSMN-in bir qrup əməkdaşı işdən azad olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər