Ali təhsil sahəsində beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq - SƏRƏNCAM
sizinxeber.az xəbər saytı

Ali təhsil sahəsində beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq - SƏRƏNCAM


Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 8-ə çatdırılacaq və onların icrası 2030-cu ilədək təmin ediləcək.

Mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi, bu Sərəncam nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına təmin ediləcək.

Oxşar xəbərlər

Azərbaycanda ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırılıb
Beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi qaydası təsdiqlənəcək
Beynəlxalq ikili diplom proqramları üzrə ümumilikdə qəbul olan tələbələrin sayı məlum olub
Emin Əmrullayev ADPU–CVU ikili diplom proqramının IV məzun buraxılışında iştirak edib
Azərbaycan və Özbəkistan ikili diplom proqramının başladılmasını müzakirə edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər