Prezident İlham Əliyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir


Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

Dövlət başçısı Azərbaycan mediasının inkişafının onu çox sevindirdiyini deyib: “Mən çox şadam ki, bizim mediamız bu gün nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox”.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir: “Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə, faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin nə dərəcədə Azərbaycanın rəsmi mövqeyinə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan da böyük inkişaf yolu keçib”.

Dövlət başçısı media dedikdə ilk növbədə jurnalistləri nəzərdə tutduğunu söyləyib: “Çünki medianı nüfuzlu edən məhz əməkdaşlar, sizin kimi insanlardır, həmkarlarınızdır. Mən sözün əsl mənasında sevinirəm. Sizə yeni uğurlar arzulayıram”.

Oxşar xəbərlər

Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
Dövlət başçısı: Mediamız artıq istənilən xoşagəlməz iftira kampaniyasına cavab verməyə qadirdir
Prezident: Azərbaycan ərazisində Zəngəzur dəhlizi ilə bağlı heç bir xarici operator ola bilməz
Prezident İlham Əliyev: İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik
Prezident İlham Əliyev: Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər