Dövlət başçısı: Mediamız artıq istənilən xoşagəlməz iftira kampaniyasına cavab verməyə qadirdir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
iy
2025
20:50

Dövlət başçısı: Mediamız artıq istənilən xoşagəlməz iftira kampaniyasına cavab verməyə qadirdir

19 iy, 2025
20:50
823

Dövlət başçısı: Mediamız artıq istənilən xoşagəlməz iftira kampaniyasına cavab verməyə qadirdir

Azərbaycan bu gün hələ də elə mərhələdədir ki, özünü müdafiə etməyə ehtiyacı var.

Sizinxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

“Bu gün Avropadan olan həmkarınız artıq sual verəndə də onu qeyd etdi. Siz Qərbin ictimai fikrinə, rəyinə necə təsir edə bilərsiniz? Məncə, media ən yaxşı vasitədir. Bizim medianın işlərinin əhatə dairəsi nə qədər geniş olarsa, o qədər də ölkə haqqında dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər. Yəni burada hələ görüləsi işlər çoxdur. Ancaq mən deyə bilərəm ki, bizim mediamız artıq istənilən xoşagəlməz iftira kampaniyasına cavab verməyə qadirdir. Bu, yeni önəmli reallıqdır”, - dövlət başçısı vurğulayıb.

Bizimlə əlaqə saxlayın