Prezident: Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil
“Əbu-Dabidə Ermənistan liderinə dedim ki, bizim maneəsiz və təhlükəsiz Azərbaycandan-Azərbaycana keçidimiz olmalıdır”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir: "Bizim yüklər və vətəndaşlar hər dəfə orada erməni sərhədçinin simasını görməli deyil. Bizim tələbimiz budur. Bu legitim tələbdir, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaq. Mən yaxşı xatırlayıramm sovet dövründə Bakıdan Naxçıvana hərəkət edərkən, məhz Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, qatarların pəncərələri qırılırdı. Tarix budur. Biz bunu çox yaxşı xatırlayırıq. Bu, sovet dövrü idi, nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü dövr idi. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə burada heç bir fiziki təmas olmalı deyil. Və onların təminatı təhlükəsizlikdir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir”.
Oxşar xəbərlər
Prezident: Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır, bu, bizim tələbimizdir
Prezident: Bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var
Prezident: Azərbaycan ərazisində Zəngəzur dəhlizi ilə bağlı heç bir xarici operator ola bilməz
Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir
Prezident: Bizim COP heyətimiz çox səmərəli işləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













