Azərbaycan lideri: Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun
“Mən bu gün həm Təzəbinə kəndində, həm də Xanyurduda şəraitlə tanış oldum. Biz iki gözəl kəndi demək olar ki, yenidən bərpa etdik və sizin sərəncamınıza verdik”.
Sizinxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Xocalının Xanyurdu kəndində kəndə köçən bir qrup sakinlə görüşü zamanı bildirib.
“Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”, - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Prezident Xocalının Xanyurdu kəndində olub, bir qrup sakinlə görüşüb - FOTO - YENİLƏNİB
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO
Prezident: Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir
Prezident Xocalının Ballıca kəndində görülən işlərlə tanış olub, bir qrup sakinlə görüşüb
Prezident İlham Əliyev: Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













