Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlər dəyişir
sizinxeber.az xəbər saytı

Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlər dəyişir


Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası dəyişib.

Sizinxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən (Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin qiymətinin 90 faizindən) çox olmamalıdır.

Eyni zamanda, ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin (“Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 7.3-cü bəndinə əsasən hərbi qulluqçulara verilən maliyyə dəstəyi nəzərə alınmaqla) 70 faizindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 faizindən) çox olmamalıdır.

Oxşar xəbərlər

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydası dəyişib
Güzəştli ipoteka krediti üzrə borcalanın gəlirinin hesablanması qaydası dəyişib
Azərbaycanda I rübdə dövlət xətti ilə 1 300-ə yaxın ipoteka krediti verilib
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq
Azərbaycanda hərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyinin şərtləri məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər