Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bir sıra sənədlər təsdiqlənib
Azərbaycan və Səudiyyə Ərəbistanı bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq edəcək.
APA xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanunu imzalayıb.
Qanuna əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Eyni zamanda, Prezident İlham Əliyev 2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib.
Oxşar xəbərlər
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında imzalanmış iki Anlaşma Memorandumu təsdiqlənib
Milli Məclis Azərbaycan və Səudiyyə Ərəbistanı arasında imzalanmış iki Memorandumu ratifikasiya edəcək
MM Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iki Anlaşma Memorandumunu ratifikasiya edib
Azərbaycan və Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Azərbaycanla Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













