Azərbaycanda yeni milli parklar yaradılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında Sərəncam imzalayıb.
APA xəbər verir ki, Sərəncama əsasən Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı yaradılıb.
Sərəncamla Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 13966,0 hektar sahədə Azərbaycan Respublikasının İlisu Milli Parkı yaradılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Oxşar xəbərlər
Azərbaycanda iki yeni milli park yaradılıb - SƏRƏNCAM
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir
Ələt azad iqtisadi zonasının ərazisi genişləndirilir
Bu il İmişlidə 215 hektar sahədə şəkər çuğunduru əkilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













