Azərbaycanla Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş təsdiq olunub
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
APA xəbər verir ki, Fərmana əsasən 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş” təsdiq edilib.
Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Oxşar xəbərlər
Azərbaycan Çin ilə beynəlxalq multimodal daşımalar haqqında sazişi təsdiqləyib
Azərbaycanla Rusiya arasında Şimal-Cənub dəhlizi ilə bağlı Saziş təsdiqlənib
Azərbaycan və Pakistan hökumətləri arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş təsdiq edilib
Azərbaycanla Pakistan arasında turizm sahəsində əməkdaşlığa dair Saziş təsdiq edilib
Azərbaycanla Qazaxıstan arasında hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













