Главная > Siyasət > Azad edilən ərazilərin bərpasına gələn il minimum 2,4 milyard ABŞ dollarının ayrılması planlaşdırılır
Azad edilən ərazilərin bərpasına gələn il minimum 2,4 milyard ABŞ dollarının ayrılması planlaşdırılır29-09-2023, 13:31. Разместил: admin |
|
Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq. "Report"un xəbərinə görə, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq. Вернуться назад |