Главная > Siyasət > Paşinyan İrəvanın Bakı ilə müqavilədən əvvəl Minsk Qrupunun buraxılmasına niyə razılaşdığını açıqlayıb
Paşinyan İrəvanın Bakı ilə müqavilədən əvvəl Minsk Qrupunun buraxılmasına niyə razılaşdığını açıqlayıb10-09-2025, 20:33. Разместил: izzet |
|
Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını şərtləndirdiyi üçün Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib. "Report"un xəbərinə görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan hökumətinin sülh sazişi paraflanandan sonra ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşmasına məhz bu prinsiplərin təsbiti səbəb olub. "Bir sıra məsələlərin bizim üçün məqbul şəkildə tənzimləndiyini görəndə, bu şansı əldən verə bilməyəcəyimizə qərar verdik", - Baş nazir bildirib. Вернуться назад |