Главная > Daxili siyasət > STM təmsilçisi: Gənclərin xaricdə evlənib ölkəyə qayıtması ənənəvi ailə modelində düşüncə çaxnaşması yaradır
STM təmsilçisi: Gənclərin xaricdə evlənib ölkəyə qayıtması ənənəvi ailə modelində düşüncə çaxnaşması yaradır14-05-2025, 12:30. Разместил: Rss Bot Report |
|
Gənclər sosial şəbəkələrdə gördükləri qeyri-real münasibətləri mənimsəyirlər və nəticədə ailə modelində müəyyən problemlər ortaya çıxır. "Sizinxeber.az" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İctimai rəyin öyrənilməsi departamentinin baş məsləhətçisi Nailəxanım Rüstəmova Mərkəzin təşkilatçılığı ilə keçirilən "Nəsillərarası həmrəylik ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində" mövzusunda konfransda deyib. Onun sözlərinə görə, hazırda ölkədə "virtual ailə" modeli anlayışı ortaya çıxıb: "Gənclər sosial media platformalarında gördükləri foto və videoları real hesab edib çox tez mənimsəyirlər. Bu da ailədə problemləri qabardır, mübahisələrə səbəb olur". N.Rüstəmova Azərbaycandakı ailə modelinə mənfi təsir edən amillərdən birinin həm də miqrasiya məsələsi olduğunu vurğulayıb: "Ölkədə yetərincə xaricdə təhsil alan və almaq istəyən gənclər var. Həmin gənclərin xaricdə ailə qurub ölkəyə qayıtmaları ənənəvi ailə modelində düşüncə çaxnaşması yaradır". Вернуться назад |