Главная > Daxili siyasət > Milli Qəhrəmanın əmisi: Ağakərim gənclərə Mübariz kimi mərd və savadlı olmağı tövsiyə edərdi

Milli Qəhrəmanın əmisi: Ağakərim gənclərə Mübariz kimi mərd və savadlı olmağı tövsiyə edərdi


16-10-2024, 18:00. Разместил: Rss Bot Report

Ağakərim hər zaman gənclərə Mübariz kimi mərd və savadlı olmağı tövsiyə edərdi.

Bunu “Sizinxeber.az”un Muğan bürosuna açıqlamasında Milli Qəhrəman Mübariz İbrahimovun oktyabrın 16-da vəfat edən atası Ağakərim İbrahimovun qardaşı Böyükağa İbrahimov deyib.

Onun sözlərinə görə, mərhum yanına gələn qonaqlara həmişə vətənpərvərlikdən danışardı:

“Qardaşım hər zaman gənclərə tövsiyə edərdi ki, oxuyun, Mübariz kimi mərd və savadlı olun.

Kimin müşkül işi olardısa, məsləhət üçün onun yanına gələrdi. Allah rəhmət eləsin, Ağakərim el ağsaqqalı idi”.


Вернуться назад