Bakıda konstitusiya etnomədəni müxtəlifliyin qarantı mövzusunda müzakirələr aparılıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirilib.
Mərkəzdən “Report”a verilən xəbərə görə, BBMM-in icraçı direktoru Rəvan Həsənov çıxış edərək Prezident İlham Əliyevin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətini uğurla davam etdirdiyini, Azərbaycanda etnik və dini müxtəlifliyin qorunmasına xüsusi önəm verdiyini qeyd edib: Azərbaycan iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərbin qovşağında öz nüfuzunu gücləndirməkdədir”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla bildirib ki, Azərbaycan Konstitusiyası ölkədə yaşayan bütün etnik və dini qrupların hüquqlarının qorunmasına, onların azad şəkildə öz mədəniyyətlərini, dillərini və ənənələrini yaşatmasına zəmanət verən əsas hüquqi sənəddir.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə insan hüquqlarının qorunması sahəsində Konstitusiyanın əsas rolunu diqqətə çatdıraraq söyləyib ki, bu sənəd hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısıdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski çıxışlarında qeyd ediblər ki, Azərbaycanda bütün dinlərin nümayəndələri sülh, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşayır.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Əliyev də çıxışlarında vurğulayıblar ki, Azərbaycanın Konstitusiyası milli-mədəni dəyərlərin qorunmasına, dini və etnik müxtəlifliyin inkişafına imkan verən hüquqi baza yaradır və bu da dövlətin multikulturalizm siyasətinin davamlılığını təmin edir.
Konfransın sonunda “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” sənədli filmi nümayiş olunub.
Oxşar xəbərlər
Milix Yevdayev: Azərbaycan nadir dövlətlərdəndir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib
Rəvan Həsənov: İnsanlar dini kitablara deyil, internet resurslarına üz tuturlar
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilir
Azərbaycan multikulturalizmi İspaniyada təbliğ olunub
BMTM-nin icraçı direktoru: Azərbaycanın multikulturalizm modeli dünya üçün bir nümunədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













