Naxçıvanda dönərdən zəhərləndiyi ehtimal edilən 17 nəfərin son durumu açıqlanıb -  VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Naxçıvanda dönərdən zəhərləndiyi ehtimal edilən 17 nəfərin son durumu açıqlanıb - VİDEO - YENİLƏNİB


Bu gün Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diqanozu ilə daxil olub.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Mərkəzin həkim-infeksionisti Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, daxil olarkən pasiyentlərin əksəriyyətinin vəziyyəti orta-ağır, ikisinin isə daha ağır olub:

"Digər 9 nəfər azyaşlıdır. Aparılan simptomatik yardımlar və dinamik müşahidə sonrası həmin şəxslər tam klinik sağalma ilə evə buraxılıb. Onlardan üçü ayrı ailə üzvləri, 5 nəfər bir, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olublar. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, zəhərlənmə halının çox olduğu ehtimal edilir".

09.26

Naxçıvanda kütləvi zəhərlənmə olub.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qida zəhərlənməsinə məruz qalması barədə məlumat Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olub.

Məlumata əsasən Agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Oxşar xəbərlər

Naxçıvanda dönərdən zəhərlənən 17 nəfərdən 9-u azyaşlıdır, müraciət sayı çoxdur - YENİLƏNİB
Naxçıvanda kütləvi qida zəhərlənməsi olub
Naxçıvanda kütləvi zəhərlənmə olub
Naxçıvanda dönərdən zəhərlənənlər evə buraxılıblar - YENİLƏNİB
Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle