Xaçmazda Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
in
2025
12:00

Xaçmazda Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirilib

05 in, 2025
12:00
480

Xaçmazda Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirilib

Xaçmazda “Konstitusiya və Suverenlik ili” ilə çərçivəsində Rayon İcra Hakimiyyəti ilə Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan-Yurd yerimiz” mövzusunda elmi-praktiki təşkil olunub.

"Report"un Şimal bürosunun məlumatına görə, konfransın əvvəlində Qərbi Azərbaycan həqiqətlərinin əks olunduğu videoçarx nümayiş etdirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan xalqının yaddaşında və milli şüurunda əzəli yurd yeri olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov qeyd edib ki, ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra baş verən kütləvi deportasiya və soyqırımları azərbaycanlıları o yerlərdən didərgin salıb. O bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş Qarabağda məskunlaşma proseslərinin başlamasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri Qərbi Azərbaycan torpaqlarına da qayıdışı təmin etməkdir.

QAİ İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı hazırda görülən fəaliyyətin əsasını qoymasından, doğma yurdlarından zorla çıxarılan azərbaycanlılara qayğısı və xüsusi diqqətindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev insan hüquqları məsələsi və sülhsevər missiya olaraq, Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri kimi müəyyənləşdirib.

Konfransda çıxış edən QAİ Müşahidə Şurasının sədri, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru Misir Mərdanov, QAİ Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, QAİ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov və QAİ Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Qərbi Azərbaycana qayıdışla bağlı silsilə tədbirlərin keçirildiyini vurğulayıblar.

Diqqətə çatdırılıb ki, bugünkü konfrans da Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Bizimlə əlaqə saxlayın