Bakı Enerji Forumu səmərəli əməkdaşlıq üçün etibarlı platformaya çevrilib - RƏY
sizinxeber.az xəbər saytı

Bakı Enerji Forumu səmərəli əməkdaşlıq üçün etibarlı platformaya çevrilib - RƏY


Azərbaycanın 30 ildir ev sahibliyi etdiyi Bakı Enerji Forumu səmərəli əməkdaşlıq üçün etibarlı platformaya çevrilib.

Bu fikri "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. O qeyd edib ki, forum yerli və xarici şirkətlərin nümayəndələrinin mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan yaradır:

"Bütün tərəfdaşlar güclü, təhlükəsiz enerji gələcəyi uğrunda mübarizənin getdiyi bir vaxtda Bakı Enerji Forumunun işini yüksək qiymətləndirir. Azərbaycanın etibarlı strateji tərəfdaş və sabitləşdirici faktor kimi rolunu xüsusi vurğulayırlar.

Budəfəki forumda da bir daha birlikdə dayanıqlı, təhlükəsiz və inklüziv enerji uğrunda çalışmağın önəmi qeyd olundu, enerji sektorunun dinamikliyi geniş təhlil edildi".

K.Nurullayeva xatırladıb ki, açılış mərasimində Prezident İlham Əliyev ölkənin enerji hədəflərinə bir daha diqqət çəkdi:

"Ölkə başçısı bəyan etdi ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük.

Təsadüfi deyil ki, Azərbaycanın neft ixracının 75 faizdən çoxu, təbii qaz tədarükünün isə 51 faizi Avropa ölkələrinə yönəlib".

 Könül Nurullayeva
Könül Nurullayeva

Deputatın sözlərinə görə, Azərbaycan yalnız ənənəvi enerjiyə deyil, bərpaolunan enerjiyə də investisiya yatırır:

"Bütün tərəfdaşlar etibarlı partnyor axtarışındadır. Həm bərpaolunan, həm də qazıntı yanacaqlarında Azərbaycan nümunəvi ölkə kimi cəlbedicidir, etibarlı tərəfdaş, böyük şirkətlər üçün strateji bazarlardan biridir. Ölkəmiz həm də adekvat infrastruktur yaratmaqla enerji təhlükəsizliyinə töhfə verir. Bakı Enerji Forumunda da bildirildi ki, bərpaolunan enerji istehsalını artırmaq əsas məqsədlərdəndir və təhlükəsizlik vacibdir. Bu mənada Azərbaycan çox unikal örnəkdir. Ökəmiz hazırda dörd interkonnektor layihəsinə start verib ki, bu da Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarının müxtəlif hissələrini birləşdirərək Avropaya qədər uzanacaq.

Bir sözlə, Azərbaycan Avropanın yeni enerji xəritəsində əsas iştirakçı olmaqla yanaşı həm də qlobal enerji tendensiyalarına uyğun qərarların verildiyi, müzakirələrin təşkil edildiyi dialoq mərkəzinə çevrilib. Bütün növ enerji resurslarına rasional yanaşma etibarlı enerji təhlükəsizliyinin nümunəvi modelini formalaşdırıb. Bakı Enerji Forumu isə bütün iştirakçılar üçün uğur hekayəsinə çevrilib".

Oxşar xəbərlər

Energetika Nazirliyi: Bakı Enerji Həftəsi “yaşıl enerji” gündəmini formalaşdıran beynəlxalq platformaya çevrilib
İlham Əliyev: Azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyasının əsas istiqamətidir
Azərbaycan-Gürcüstan əməkdaşlığı hər iki ölkəni Avropanın enerji təhlükəsizliyində həlledici faktora çevirib - RƏY
Prezident: "Strateji yanaşmalar enerji sektorunda Azərbaycanın inkişafına yeni imkanlar yaradır"
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle