Respondentlərin 50%-i kart məlumatlarının oğurlanması halı ilə qarşılaşıb - TƏHLİL
sizinxeber.az xəbər saytı

Respondentlərin 50%-i kart məlumatlarının oğurlanması halı ilə qarşılaşıb - TƏHLİL


Kart istifadəçiləri arasında keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 50%-i kart məlumatlarının oğurlanması halı ilə qarşılaşıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan məlumat verilib.

Qeyd edilib ki, kiberhücumlarla bağlı əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə 103 nəfər arasında sorğu keçirilib.

Təhlil nəticələrinə görə, bank kartları ilə bağlı kiberhücumlara məruz qalanların sayı 11,7%, digər kiberfırıldaqçılıq halları isə 5,9% təşkil edir. Sorğuda iştirak edənlərin 24,3%-i kiberhücumlar haqqında məlumatlılıq səviyyəsinin aşağı olduğunu qeyd edib.

Müəyyən edilib ki, respondentlərin 40,8%-i kibertəhlükəsizlik üçün heç bir tədbir görmür.

Eyni zamanda, sorğuda iştirak edənlərin 53,9%-i bu sahədə bilgiləri əsasən sosial şəbəkələrdən əldə etdiyini vurğulayıb. Təhlükəsizlik mövzusunda təlimlərdə iştirak etməyə maraq göstərənlərin sayı isə cəmi 21,4% təşkil edir.

Oxşar xəbərlər

Sorğu: Ermənistan vətəndaşlarının 55 faizi ölkənin Aİ-yə üzv olması ideyasını dəstəkləyir
Sorğu: Respondentlərin 60 %-dən çoxu Paşinyandan narazıdır
STM İnvestisiya Holdinqinin fəaliyyəti ilə bağlı sosioloji sorğu keçirəcək
Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir
İtaliyanın SWG SPA şirkətinin seçkiöncəsi sorğusu: 81% respondent Azərbaycanda işlərin düzgün istiqamətdə irəlilədiyini bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle