Bəylik sakini: Kəndimizdə dörd il əvvəl gördüyüm xarabalıqdan əsər-əlamət qalmayıb
Laçının Bəylik kəndinin sakini doğulub-böyüdüyü yerlərin çox dəyişdiyini deyib.
Bu barədə "Report"un Laçına ezam olunan əməkdaşı ilə söhbətdə rayonun Bəylik kəndinin sakini Möhübbət İsgəndərov danışıb.
O, işğal dövründə xarabalığa çevrilmiş kəndin yerində müasir evlərin inşa edildiyini vurğulayıb:
“Kəndimiz işğal olunanda mən özünümüdafiə batalyonunda xidmət edirdim. Məcburi köçkün düşəndən sonra bir neçə yerdə məskunlaşdıq. Hər zaman doğma elimizə dönməyin arzusunda yaşadıq. İşğaldan işğaldan azad edildikdən sonra Laçına gələndə kəndimizə də getdim.
30 il yaxın müddətdə kəndi elə vəziyyətə salmışdılar ki, uşaqlıq illərimin keçdiyi yerləri tanıya bilmədim. Lakin bu gün evimizə gələndə dörd il əvvəlki mənzərənin tam əksini gördüm. O xarabalığın yerində çox gözəl, müasir evlər inşa edilib. İnanıram ki, kənddə həyat yenidən əvvəlki kimi canlanacaq”.
Oxşar xəbərlər
Bəylik sakini: Doğma yurdumuza qayıdış elə bil itirilmiş ömrün tapılmasıdır
Keçmiş məcburi köçkün: Laçına qayıtmaq hissi göyərçinin qəfəsdən azad olması kimidir
Suqovuşan sakini: Uzunmüddətli köçkün həyatından sonra artıq şəraitli evlərimizdə yaşayacağıq
Laçın sakini: Yurdumuza dönmək elə bil uzun bir ayrılıqdan sonra evə qayıtmaq kimidir
Laçın sakini: Yurdumuza dönmək uzun bir ayrılıqdan sonra evə qayıtmaq kimidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













