Azərbaycan lideri: Əminəm ki, Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq
sizinxeber.az xəbər saytı

Azərbaycan lideri: Əminəm ki, Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq


Əziz qardaşlarımın - Türkiyə Prezidenti və Pakistan Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir.

"Sizinxeber.az"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib.

“Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərəcək, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”, - deyə dövlət başçısı qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyev: Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır
Prezident: Azərbaycan dövləti və xalqı Ermənistanın ədalətsiz işğalı ilə heç vaxt barışmayıb
Azərbaycan Prezidenti Vətən müharibəsində verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirib
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
Şahbaz Şərif: Pakistan regionda sülh və firavanlığı təşviq edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle