

Şəhid oğlu: Ağır yaralanan atam anamgilin girov götürülməsinə imkan verməməyi tapşırdı
Birinci Qarabağ müharibəsinin itkin şəhidinin oğlu ağır yaralanan atasının ona ailə üzvlərinin girov götürülməsinə imkan verməməyi tapşırdığını bildirib.
Bunu "Report"un Mingəçevirə ezam olunan əməkdaşı ilə söhbət zamanı mayın 27-də şəhərin Şəhidlər xiyabanında dəfn olunan Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əsəddin Novruzovun böyük oğlu Şamil Novruzov deyib.
Onun sözlərinə görə, atasının yenidən dəfn olunması ailə üzvləri üçün böyük təskinlikdir:
“Evimiz kəndin kənarında olduğu üçün müdafiə postu lap yaxınlığımızda qurulmuşdu. Buna görə də atam və qardaşlarımla hər axşam həmin postda olurduq. Martın 12-də ermənilər kəndə hücuma keçdilər. Atam tüfəngi götürüb evdən çıxanda mən də ona qoşuldum. Bu vaxt artıq kəndin yuxarı hissəsində atışma başladı.
Atam mövqe tutduğu yerdən bir neçə ermənini dəqiq atəşlə vurmuşdu. Ona görə digərləri yenidən gizlənməyə çalışırdılar. Birdən ətrafda güclü partlayış oldu. Toz-duman çəkiləndən sonra yerimi dəyişmək istəyəndə atamın vurulduğunu gördüm.
Yaralı vəziyyətdə mənə qışqırdı ki, yaxına gəlməyim. Ancaq ermənilərin atama tərəf irəlilədiklərini görüb onlara doğru bir qumbara atdım. Ani sakitlikdən istifadə edib atamı qucağımda evə gətirdim. Gözlərini açıb mənə dedi ki, ananı-uşaqları götür kənddən çıx, onların girov götürülməsinə imkan vermə.
Bu ilin martında Baş Güneypəyə kəndinə gedəndə atamın qalıqlarını 1992-ci ildə dəfn olunduğu yerdə aşkar edib bununla bağlı dövlət qurumlarına müraciət etdik. Atamın burada Şəhidlər xiyabanında dəfn olunması bizim üçün bir təskinlikdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Oxşar xəbərlər
I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək
Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
Sabah I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq
İtkin düşən şəxsin oğlu: Atamın geri dönməyəcəyi ağlımıza da gəlməzdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
