

Baş Prokurorluq Qəbələdə regional konfrans keçirib
Baş Prokurorluq “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qəbələdə regional konfrans keçirib.
"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, konfransda 12 regionun prokurorluq orqanlarının media ilə iş üzrə məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq və əməliyyat-axtarış fəaliyyətində qanunlara nəzarət idarəsinin rəisi Mahir Abbasov açılış nitqində milli suverenliyin hüquqi əsasları və təminat mexanizmləri barədə geniş məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli suverenliyin möhkəmləndirilməsi və hüquqi təminatların gücləndirilməsi istiqamətində əldə olunan böyük nailiyyətləri və bu sahədə dövlət siyasətinin davamlı inkişafını xüsusi vurğulayıb.
Qəbələ rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova rayon səviyyəsində hüquqi maarifləndirmə işlərinin əhəmiyyətini qeyd edib. O, regional təşəbbüslərin vətəndaşların hüquqi biliklərinin artırılmasında mühüm rol oynadığını bildirərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın konstitusiya quruculuğundakı əvəzsiz rolunu xüsusi vurğulayıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev çıxışında milli suverenliyin hüquqi əsaslarının möhkəmləndirilməsində hüquq-mühafizə orqanlarının funksional roluna diqqət çəkib. O bildirib ki, ictimai asayişin təmin olunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin qorunması dövlətin suveren hüquqlarının həyata keçirilməsi üçün əsas şərtlərdir.
Müdafiə Nazirliyi Mətbuat və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi - Mətbuat katibi Anar Eyvazov Azərbaycanın dövlət suverenliyinin qorunmasında xalqın fədakarlığını önə çəkib. O, Azərbaycan Ordusunun formalaşması və müasir silahlı qüvvələrin yaradılmasının milli maraqların təminatında həlledici rol oynadığını qeyd edib. Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının dövrün tələblərinə uyğun inkişaf etdirildiyini, dövlət-ordu-xalq birliyinin gücləndirilməsinin vacibliyini bildirib. Həmçinin, dezinformasiyalara qarşı mübarizədə effektiv kommunikasiyanın və rəsmi məlumatların ictimailəşdirilməsinin önəmini vurğulayıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında cəmiyyətdə hüquqi şüurun formalaşdırılması, dövlət orqanlarının fəaliyyətinə inamın gücləndirilməsi və milli suverenliyin dayanıqlı şəkildə qorunması üçün hüquqi informasiyanın düzgün və vaxtında çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu istiqamətdə prokurorluğun media ilə əlaqələrinin möhkəmləndirilməsi prioritetdir.
Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə medianın hüquqi maarifləndirmədə və ictimai nəzarətin formalaşmasında mühüm rol oynadığını bildirib, jurnalistlərin hüquqi biliklərinin artırılması və onların fəaliyyətinin hüquqi müstəvidə qorunmasının vacibliyini qeyd edib.
Tədbir çərçivəsində dövlət qurumları ilə ictimai təşkilatlar arasında əməkdaşlıq, ictimai nəzarət mexanizmlərinin tətbiqi və hüquqi maarifləndirmə strategiyalarının təkmilləşdirilməsi mövzusunda geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib.
Konfransın sonunda “Suverenlik və hüquqi təminatlar” mövzusunda sənədli film nümayiş olunub və iştirakçılarla xatirə fotoşəkili çəkilib.
Oxşar xəbərlər
Prokurorluq orqanlarının yaranmasından 105 il ötür
Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirilib
Milli Məclis prokurorluq orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə razılıq verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
