

Bakıdan yola salınan köç Kəngərliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
Bakıdan yola salınan köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib.
“Report” xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə daha 48 ailə - 206 nəfər köçürülüb.
Ağdam rayonunun Kəngərli kəndinə yola salınan köç çatıb.
“Report” xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə daha 48 ailə - 206 nəfər köçürülüb.
Şəfiqə Nazimqızı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
“Report” xəbər verir ki, Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Kəngərli kəndinə daha 48 ailə - 206 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Xatırladaq ki, mayın 23-də Kəngərli kəndinə köç karvanı çatıb, evlərin açarları təqdim olunub. Həmin mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.
Oxşar xəbərlər
Kəngərli sakini: Kəndimizdə əkin-biçinlə məşğul olacağam
Doğma yurduna qayıdan Kəngərli sakini dövlət başçısına təşəkkür edib
Keçmiş məcburi köçkün: Kəngərliyə qayıdış gününü çoxdan arzulayırdıq
Böyük Qayıdış: Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salınıb
Bakıdan yola salınan köç Kəngərliyə çatıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
