

Qəbələ rayon prokurorluğunda “Açıq Qapı” günü keçirilib
Qəbələ rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəallar iştirak ediblər.
Tədbirin əsas məqsədi vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olmalarını təmin etmək, hüquqi məsələlərdə maarifləndirməni artırmaq və prokurorluğun şəffaf fəaliyyətini nümayiş etdirmək olub.
Tədbirin açılışında çıxış edən Qəbələ rayon prokuroru Nazim Babayev belə təşəbbüslərin cəmiyyətin hüquqi biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin prokurorluğun fəaliyyətində şəffaflığın artırılması və vətəndaşların hüquqlarının qorunmasının prioritet olduğunu qeyd edib. N.Babayev rayon prokurorluğunun səlahiyyətləri və iş prinsipləri barədə iştirakçılara ətraflı məlumat verib və onların suallarını cavablandırıb.
Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının strukturu, funksiyaları və iş prinsipləri barədə təqdimat edib. O, prokurorluqda aparılan islahatların əsas məqsədinin şəffaflıq, vətəndaş məmnunluğu və hüquqi təminatların gücləndirilməsi olduğunu vurğulayıb. K.Zeynalov həmçinin ictimaiyyətlə əlaqələrin daha da gücləndirilməsi üçün prokurorluğun gördüyü işlər barədə məlumat verib.
Tədbirdə rayon prokurorluğunun digər əməkdaşları da çıxış edərək öz sahələrindəki təcrübə və biliklərini iştirakçılarla bölüşüblər. İştirakçılar, prokurorluğun iş prosesləri və hüquqi təminatlarla bağlı praktiki biliklər əldə ediblər.
Oxşar xəbərlər
Nəsimi rayon prokurorluğunda “Açıq qapı” günü keçirilib
Nəsimi rayon prokurorluğunda “Açıq qapı” günü keçirilib, Qarabağ Universitetinin tələbələri iştirak edib
Prokurorluq Şəkidə “Açıq qapı günü” təşkil edib
Nərimanov rayon prokurorluğunda “Açıq qapı günü” və “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib - FOTO - YENİLƏNİB
Şəki rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
