Əfv Sərəncamı Naxçıvanda bir məhkuma şamil edilib
sizinxeber.az xəbər saytı

Əfv Sərəncamı Naxçıvanda bir məhkuma şamil edilib


Əfv Sərəncamı Naxçıvanda bir məhkuma şamil edilib

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Prezident İlham Əliyevin mayın 26-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Naxçıvan Muxtar Respublikasında da icra olunub.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən bir nəfər məhkumun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Bu münasibətlə cəzaçəkmə müəssisəsində tədbir keçirilib.

Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov Sərəncamın əhəmiyyətinə toxunaraq bildirib ki, cəzaçəkmə müəssisələrində məhbusların cəmiyyətə adaptasiyası və gələcək azadlıq həyatlarını islah olunmuş şəkildə qurması üçün mütəmadi tədbirlər həyata keçirilir.

Tədbirdə cəza müddəti azaldılan Fərid İbrahimli də iştirak edib. Bu tədbir vətəndaşın azad həyata uyğunlaşmasına və məşğulluğunun təminatına imkan yaradacaq.

Oxşar xəbərlər

Əfv sərəncamı 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Əfv sərəncamı 11 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub
Əfv sərəncamı 6 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub
Əfv Sərəncamı bu gün icra olunacaq
Əfv sərəncamı 11 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər