Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
sizinxeber.az xəbər saytı

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək


Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov 30 may saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə DMX məlumat yayıb.

Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə martın 29-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.

Oxşar xəbərlər

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək
Vüsal Hüseynov: MDB dövlətləri ilə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur
Dini Komitənin sədri Zərdabda vətəndaş qəbulu keçirəcək
"Azəriqaz" rəhbərliyinin Qəbələdə vətəndaş qəbulu baş tutacaq
Vüsal Hüseynov: Azərbaycan miqrasiya idarəetməsi modeli hazırlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər