Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesi başa çatır
sizinxeber.az xəbər saytı

Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesi başa çatır


Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesi başa çatır.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin tələblərinə əsasən, hər il məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.

Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verməlidir. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək.

Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulmalı və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməlidir.

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək və Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yekun vurulacaq.

Oxşar xəbərlər

Sabah deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısının dərc edilməsi prosesi başa çatacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkiləriylə əlaqədar səsvermə vəsiqələrinin məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkiləriylə əlaqədar səsvermə protokollarının MSK-dan DSK-lara verilməsi prosesi sabah başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı dərc edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər