Kəngərli sakini: Məcburi köçkünlərin doğma yurdlarına dönməsi üçün hər cür şərait yaradılıb
Dövlətimiz məcburi köçkünlərin doğma yurdlarına dönməsi üçün hər cür şərait yaradıb.
Bu fikirləri "Sizinxeber.az"un Ağdama ezam olunan əməkdaşına rayonun Kəngərli kənd sakini Şirxan Həsənov deyib.
Mayın 23-də Kəngərli kəndinə, yurduna qayıdan Şirxan Həsənov burada onlara verilən evlərin müasir tələblər səviyyədə inşasından razı olduğunu vurğulayıb: "Uzun illərdir məcburi köçkün həyatı yaşayırdıq. Bu gün təkcə kəndimizə qayıtmadıq, həm də daimi əmək fəaliyyəti ilə təmin edilmişik.
Bu gün 2 övladımın əlindən tutaraq yenidən dirçələn kəndimizin küçələrində gəzmək qürurvericidir. Ağdam Sənaye Parkında fəaliyyət göstərən BAFCO MMC-də işlə təmin olundum".
"Bir daha əmin oldum ki, dövlətimiz nəinki illərdir, xarabalığa çevrilən evlərimizin bərpasını, kəndlərimizin yenidən inşasını düşünür, hətta bura köçən sakinlərin əmək fəaliyyətlərinin də qayğısına qalır, bizim firavan yaşamağımızı təmin edir. İndi qalır bizim bu görülən işləri sakin olaraq davam etdirib, dövlətimizin gördüyü işlərə töhfəmizi verməyimiz", - o əlavə edib.
Oxşar xəbərlər
Kəngərli sakini: Ömrümün sonuna qədər burada yaşayacam
Xocalı sakini: Məcburi köçkün düşdükdən sonra doğma yurdun həsrəti ilə yaşayırdıq
Suqovuşan sakini: Dağların qoynunda yerləşən bu kənddə bizim üçün hər bir şərait yaradılıb
Sarıcalı sakini: Arzu edirəm bütün məcburi köçkünlər yurdlarına qayıtsınlar
Keçmiş məcburi köçkün: Doğma elimə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













