Budapeşt Bəyannaməsi TDT çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə zəmin yaradır - RƏY
Hazırki mürəkkəb geosiyasi vəziyyətdə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq vacibdir.
Bunu “Sizinxeber.az”a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, Budapeştdə baş tutan TDT dövlət başçılarının növbəti zirvə toplantısında qarşıdakı dövr üçün yeni hədəflər müəyyənləşdi:
“Budəfəki toplantını digərlərindən fərqləndirən cəhətlərdən biri də onun Aİ üzvü olan Macarıstanda təşkil olunması idi. TDT dövlət başçıları birliyi ardıcıl olaraq möhkəmləndirməyə, ortaq tarixi kökləri, ənənələri, mədəni dəyərləri qoruyub saxlamağa çalışır”.
Deputat hesab edir ki, yekunda qəbul edilən, TDT-nin ümumi gələcəyini və strateji kursunu təsdiq edən Budapeşt Bəyannaməsi isə təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə zəmin yaradır.
“Ümumiyyətlə, təşkilata üzv ölkələr TDT-ni dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir”, - o deyib.
Oxşar xəbərlər
Azərbaycan-İran münasibətləri regional təhlükəsizlik baxımından vacibdir - RƏY [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT-nin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 maliyyə hədəfi üçün effektiv mühit yaradır - RƏY [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













