Naxçıvan Konstitusiyasına dəyişikliklər barədə qanun Milli Məclisə təqdim ediləcək
sizinxeber.az xəbər saytı

Naxçıvan Konstitusiyasına dəyişikliklər barədə qanun Milli Məclisə təqdim ediləcək


Naxçıvan Konstitusiyasına dəyişikliklər barədə qanun təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci çağırış yaz sessiyasının növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu müzakirə olunub.

Ali Məclisin yaz sessiyasının 20 fevral tarixdə keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanunun geniş müzakirə edilərək birinci səsverməyə çıxarıldığını və qəbul edildiyini bildirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər 3 aydan sonra yenidən səsverməyə qoyulmalıdır.

Qeyd olunub ki, Naxçıvan MR Konstitusiyasına uyğun olaraq Konstitusiyaya dəyişikliklər haqqında qanun Ali Məclisin sədri tərəfindən imzalandıqdan sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək.

Oxşar xəbərlər

Naxçıvan Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib
​​​​​​​Nümayəndəlik institutu ilə bağlı Naxçıvan MR Konstitusiyasına dəyişiklik edilir
Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi təsdiq edilib
Naxçıvan Ali Məclisinin ilk iclası keçirilib, sədrliyə təklif olunan namizəd dəstəklənməyib
Naxçıvan TMİB-in tabeliyindəki tibb müəssisələri əmlakları ilə birgə Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər