

Vyetnamın Baş Prokurorluğunun nümayəndə heyəti Azərbaycanda səfərdədir
Vyetnamın Baş Prokurorunun müavini Nquyen Quanq Dunqun rəhbərlik etdiyi nümayəndə heyəti həmin beynəlxalq tədbirlərdə iştirak məqsədilə ölkəmizdə səfərdədir.
"Sizinxeber.az" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyub.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Mayın 19-da Azərbaycanın Baş prokuroru Kamran Əliyev Vyetnam nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Baş prokuror Kamran Əliyev Azərbaycan ilə Vyetnam arasında mövcud olan güclü siyasi əlaqələri və əməkdaşlığı qeyd edərək, iki ölkənin müxtəlif sahələrdə, xüsusilə hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın dərinləşdirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Azərbaycan ilə Vyetnam arasında uzun illərə söykənən dostluq və qarşılıqlı hörmət münasibətləri hüquqi sahədə də etimada əsaslanan fəal əməkdaşlıq üçün əlverişli zəmin yaradır.
Baş prokuror korrupsiyaya qarşı mübarizə, şəffaflıq və hüquqi islahatlar sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət etdiyini diqqətə çatdırıb.
Vyetnam Baş Prokurorunun müavini Nquyen Quanq Dunq isə Azərbaycan ilə hüquqi əməkdaşlığın gücləndirilməsini iki dost və strateji tərəfdaş ölkə arasında münasibətlərin təbii inkişaf mərhələsi kimi qiymətləndirib. Qonaq hüquq-mühafizə orqanları arasında bilik və qabaqcıl təcrübə paylaşımının gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdən sonra nümayəndə heyəti Baş Prokurorluğun Tarix Muzeyində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə ilə tanış olub, Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf mərhələlərini əks etdirən eksponatlarla maraqlanıblar.
Vyetnam nümayəndə heyətinin Azərbaycandakı işgüzar səfəri davam edir.
Oxşar xəbərlər
Çexiya parlamentinin sədri Şəhidlər və Fəxri xiyabanı ziyarət edib
Türkiyə Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Türkiyənin müdafiə naziri Fəxri və Şəhidlər xiyabanını, Türk şəhidliyi abidəsini ziyarət edib
Türkiyənin yeni səfiri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Türkiyənin yeni səfiri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
