Zaur İbrahimli: Azərbaycan QHT sektoru beynəlxalq əməkdaşlıq formatları yaradacaq qədər inkişaf edib
sizinxeber.az xəbər saytı

Zaur İbrahimli: Azərbaycan QHT sektoru beynəlxalq əməkdaşlıq formatları yaradacaq qədər inkişaf edib


Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb, qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli İdarə Heyətinin bir illik fəaliyyətinə dair ictimai hesabat xarakterli  mətbuat konfransında deyib. 

Z.İbrahimli qeyd edib ki, ölkənin QHT sektoru artıq xarici siyasətin prioritet məsələlərində dövlət siyasətinin gücləndirilməsinə effektiv yardım göstərməklə, yeni keyfiyyət qazanıb:

"Bu onu göstərir ki, əsas məqsədlərdən birinə - QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub. Azərbaycan Milli QHT Forumunun beş nəfərlik İdarə Heyətinin iki üzvü son parlament seçkilərində həm də Milli Məclisin deputatı seçilib".

Oxşar xəbərlər

Zaur İbrahimli: Azərbaycana qarşı təzyiqlər xüsusilə mötəbər tədbirlər ərəfəsində artır
Qlobal təklənməyə qarşı birləşmə texnikası: Qlobal Cənub QHT Platforması
YAP İdarə Heyətinin qərarı xalqın iradəsinin ifadəsidir
 Azərbaycan-Qırğızıstan İnkişaf Fondunda İdarə Heyətinin həmsədri dəyişib
"Expressbank"ın İdarə Heyətinin sədri ABA-nı təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər