Pərvanə Vəliyeva: Azərbaycanın QHT sektorunda son illər ixtisaslaşma güclənib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2025
15:30
0
0
1 331
ff

Pərvanə Vəliyeva: Azərbaycanın QHT sektorunda son illər ixtisaslaşma güclənib

19 may, 2025
15:30
1 331

Pərvanə Vəliyeva: Azərbaycanın QHT sektorunda son illər ixtisaslaşma güclənib

Milli QHT Forumu İdarə Heyətinin, deputat Pərvanə Vəliyeva Azərbaycanın QHT sektorunda son illər ixtisaslaşmanın güclənməsini təqdir edib.

"Report"un məlumatına görə, o, ixtisaslaşmaya nümunə olaraq “Environmental Protection First” Koalisiyasında Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı mübarizə aparan QHT-lərin birləşiməsini göstərib:

"Bu Koalisiya Ermənistanın ekoloji cinayətlərini Azərbaycan, ingilis və erməni dillərində ifşa edən peşəkar çap xəritəsi və rəqəmsal xəritə ərsəyə gətirib. Bu xəritələr ciddi beynəlxalq reaksiyalar yaradıb. Onlar 2024-cü ilin mayında BMT-nin Keniyada keçirilmiş Vətəndaş Cəmiyyəti Forumunda, sentyabrında Nyu-Yorkda “Gələcəyin Sammit”ində, noyabrında Bakıda COP29 zamanı xarici QHT-lərə paylanılıb. Bu ilin martında BMT-nin Cenevrədəki İnsan Hüquqları Şurasında da bu mövzu diqqətdə saxlanılıb”.

Onun sözlərinə görə, Qlobal Cənub QHT Platforması məhz COP29-un qalıcı töhfəsidir:

"Azərbaycanın təşəbbüsü ilə 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyası iqlim diplomatiyası, qlobal ətraf mühitin qorunması hərəkatında QHT-lərin iştirakçılığını, rolunu gücləndirdi, COP-ların keçirilməsində yeni təcrübə formalaşdırdı. Azərbaycanın təşəbbüslərinin uğuru yeni çağırışlar fonunda qlobal çoxtərəfli əməkdaşlıq formatlarına ehtiyacı göstərdi".

O, Qərbi Azərbaycan istiqamətində də QHT-lərin olduqca fəal iş apardığını, çoxsaylı uğurlar əldə etdiyini bildirib.

Bizimlə əlaqə saxlayın

×
×